Festival çərçivəsində keçirilən Rapid turnirdə qalib məlum olub. 132 şahmatçının iştirak etdiyi Rapid yarışda IM Xəzər Babazadə (AZE) 7 oyundan 6,5 xalla qalibi olub. 7 oyundan 6 xal toplayan IM Subhayan Kundu (IND) 2-ci, Rüfət Nəsibov (AZE) 3-cü yerlərə sahib çıxıb. Onlarla eyni xal toplayan Əlisəfa Zeynallı (AZE) və IM Murad İbrahimli (AZE) müvafiq olaraq 4-5-ci olmaqla mükafatçılar sırasına düşüb.
Qadınlar arasında ən yaxşı nəticəni 7 oyundan 5 xalla WIM Kubicka Anna (POL) göstərib. Eyni xal toplayan WGM Gu Xiaobing (CHN) 2-ci olub. Prakash, Vaishnavi (IND) isə 4,5 xalla 3-cü yerə layiq görülüb.
