Gəncə Open 2025, Beynəlxalq Şahmat Festivalı elan olunur.
Festival ölkənin 2-ci ən böyük şəhəri olan Gəncə şəhərində təşkil olunacaq.
Ümumi mükafat fondu 41.200 AZN (24.235 ABŞ dolları) olan şahmat festivalı A və B qruplarında keçiriləcək. Festival çərçivəsində Rapid və Blits növlərinin də keçirilməsi planlaşdırılır.
A qrupunda beynəlxalq reytinqi 2000 və daha yüksək olan şahmatçılar iştirak edə bilər. B qrupunda isə beynəlxalq reytinqi 1999-dək olan şahmatçılar iştirak edə bilər. Rapid və Blitz-də reytinq limiti nəzərdə tutulmur.
Qeyd edək ki, Gəncə Open “Azərbaycan Şahmat Turu” layihəsində Baku Open-dən sonra 2-ci ən böyük mükafat fonduna sahib yarışdır.
Gəncə şəhərinə aid aşağıdakı şəkilləri sizə təqdim edirik:
